ÖLKƏ

Zaur Kamal “qayıdırıq” dedi – Efirinə icazə verilmədi

ARB TV-nin tanınmış aparıcısı Zaur Kamal ilə bağlı yayılan məlumatlar bir-birini təkzib edir.

Kanal.az xəbər verir ki, aparıcının mayın 4-də yeni formatda, adı hələ açıqlanmayan proqramla yenidən efirə dönəcəyi bildirilirdi.

Onun əvvəlki “Həmin Zaur” layihəsinin isə fərqli ad altında təqdim olunacağı qeyd olunurdu. Zaur Kamal özü də açıqlamasında yaxın günlərdə efirə qayıdacağını təsdiqləmişdi.

Lakin sonradan kanal rəhbərliyi tərəfindən bu məlumatlara aydınlıq gətirilib. ARB TV-nin direktor müavini Vüsalə Vəliyeva Manset.az-a bildirib ki, aparıcının efirə qayıdışı ilə bağlı deyilənlər yanlışdır və onun hazırda efirdə olması planlaşdırılmır:

“Zaur Kamalın verdiyi açıqlama və özünün etdiyi paylaşım yanlışlıqla olub. Zaur Kamal ümumiyyətlə, efirdə olmayacaq. ARB-də yeni layihələr gözlənilir. Ola bilər ki, həmin studiyalardan istifadə edilsin”.

Oxşar xəbərlər

Bakıda qadın illərdir pul yığdığı bankanın ağzını açanda heyrətə gəldi – Sən demə, yığdığı pulların hamısı… – FOTO

kanal_az

Arzum məhkəmə zalından azad edildi – VİDEO

kanal_az

Elnarə Abdullayevaya ağır itki

kanal_az

Azərbaycanın Xalq artisti vəfat etdi – FOTO

kanal_az

Əməkdar artist oğlunun videosuna yazdığı şərhlə hər kəsi güldürdü – FOTO

kanal_az

Flora Kərimova ilə bağlı üzücü xəbər

kanal_az