GÜNDƏMÖLKƏ

Gələn il pensiyalar bu qədər artırılacaq – Rəsmi

2027-ci ildə Azərbaycanda əmək pensiyalarının 7,5 faiz artırılması proqnozlaşdırılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2027-ci ildə əmək pensiyalarının ödənilməsi xərcləri 8 milyard 669,43 milyon manat nəzərdə tutulub.

Bu, 2026-cı ilin təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə 676,55 milyon manat və ya 8,46 faiz çoxdur.

Pensiyaların indeksləşdirilməsi zamanı 2027-ci ildə orta aylıq nominal əməkhaqqının gözlənilən artım tempinin 7,5 faiz olacağı nəzərə alınıb.

Büdcə layihəsində qeyd olunur ki, 2026-cı ilin sonuna əmək pensiyalarının orta aylıq məbləğinin 663,82 manat olacağı gözlənilir. Bu göstəricinin dinamikası nəzərə alınmaqla, 2027-ci ildə pensiya xərclərinin ümumi həcminin 8 milyard 669,43 milyon manata çatacağı proqnozlaşdırılır.

Layihəyə əsasən, 2027-ci ildə Azərbaycanda orta aylıq əmək pensiyasının 2026-cı ildə gözlənilən 594,4 manatdan təxminən 7,5 faiz artaraq 639 manata çatacağı proqnozlaşdırılır.

Oxşar xəbərlər

“İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram” – İradə İbrahimova

kanal_az

Son 70 ilin ən sərt qışı gəlir… – İki rekord şaxta tarixi

kanal_az

“Dostu ilə birlikdə kabinetin qapısın bağlayıb…” – Bəxtiyar Dalinin tutulmasına səbəb olan qadın bu müğənni imiş

kanal_az

“Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm” – VİDEO

kanal_az

Son dərəcə sərt qış qapıdadır – 70 ilin ən dəhşətlisi olacaq

kanal_az

Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş

kanal_az