GÜNDƏMÖLKƏ

Polad Həşimovun anası ilə bağlı üzücü xəbər

Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. 

Kanal.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına hospitalizasiya olunub.

Arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları təyin edilən şəxsdə aparılan müayinələr zamanı pnevmoniya əlamətləri də aşkarlanıb.

Pasiyentin müalicəsi xəstəxananın Terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir. (milli.az)


Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində problem yaranıb.

Kanal.az xəbər verir  ki,bu haqda Medianews.az-a özəl məlumat daxil olub.

Məlumatda hətta onun xəstəxanaya yerləşdirildiyi haqda da deyilir. Xəbərin doğru olub olmadığını öyrənmək üçün Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova ilə əlaqə saxladıq.

Kəmalə xanım xəbəri təsdiqləyərək anasının hazırda xəstəxanada müalicə aldığını bildirib:

“Anamın səhhətində yaranan problemlər elə bir vəziyyətə çatdı ki, xəstəxanaya çatdırmağa məcbur olduq. Şəkər problemi, böyrək, ürək çatışmazlığı və digər daxili orqanlarında çox böyük problemlər yaranıb. Görünür yaşadığı üzüntülər, stres və digər problemlər üst-üstə yığılıb və bir yerdən vurub üzə çıxıb. O da bu günlərə təsadüf edib. Hazırda Sumqayıtda 2 nömrəli şəhər xəstəxanasında müalicə alır. Sağ olsunlar, həkim kollektivi, xəstəxana rəhbərliyi anama böyük diqqət və qayğı göstərir. Anamın müayinə və müalicəsini yüksək səviyyədə təşkil ediblər. Səhhətində bir az irəliləyiş var. Ümid edirəm ki, anam həkimlərin səyi, onu sevənlərin duaları və Allahın köməyi ilə daha da yaxşı olacaq” deyə Kəmalə Həşimova bildirib.

Oxşar xəbərlər

Polad Həşimovun anasının son durumu açıqlanıb

kanal_az

Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu – VİDEO

kanal_az

“​​​​​​​Qadın evlidir, amma başqasını sevir“ – İradə İbrahimova

kanal_az

Tanınmış xanəndənin əri həbs olundu

kanal_az

Təranə Qumralın evindəki qızıl məcməyinin qiyməti şok etdi – VİDEO

kanal_az

“Banu”nun Güneli həyat yoldaşı ilə fotosunu yaydı – İlk dəfə – FOTO

kanal_az