64d100b686033202308233326

Ronaldunun Bakıya gəlməsi xəbərinə aydınlıq gətirildi - AÇIQLAMA

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun Azərbaycana gəlməsi xəbərinə münasibət bildirilib.

Bu barədə olke.az saytına açıqlama verən “WBC boks” konvensiyasının  ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Gil Sanandros Kastelio yayılan xəbəri yalanlayıb. O, qeyd edib ki, ulduz futbolçunun beynəlxalq səviyyədə olan təbliğat işlərinə onların media komandası nəzarət edir: 

“Ümumiyyətlə, bizim layihələrin sifarişi minimum altı ay öncədən müraciət əsasında təşkil olunur. İlkin danışıqlar gedir, sonda bizim tərəfimizdən ilk mərhələyə razılıq veriləndən sonra növbəti addımlar müzakirə olunur. Azərbaycandan isə bizə son illər heç bir müraciət daxil olmayıb. Tamamilə yalan məlumatdır”.