65f429006c8d4202403245456

“Bayer”dən “Qarabağ”a maraqlı xahiş

Bayer”in rəsmi X hesabı (keçmiş Tvitter) Avroliqanın 1/8 final mərhələsinin “Qarabağ”la cavab oyunundan sonra paylaşım edib.

QOL.az xəbər verir ki, paylaşımda “Qarabağ” klubunun rəsmi X hesabı işarə olunaraq yazılıb:

“Sizin komandaya böyük hörmətlər. Siz bizə 4 əla oyun bəxş etdiniz. Amma xahiş edirik, gəlin, bunları bir daha təkrarlamayaq”.

Qeyd edək ki, “Qarabağ” 1/8 finalda iki oyunun nəticəsinə əsasən (2:2, 2:3) Avroliqada mübarizəni dayandırıb.