65e4b2a363728202403242555

Messi də dubl etdi, Suares də

Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi "İnter Mayami" MLS-də 3-cü tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda öz meydanında "Orlando Siti" ilə qarşılaşıb və 5:0 hesablı qələbə qazanıb.

Oyunda Lionel Messi və Luis Suares dubl edib. Mayami təmsilçisinin digər qolunu isə Robert Taylor vurub. Suares 2 qol ötürməsi də verib.

Qeyd edək ki, "İnter Mayami" 3 turdan sonra 7 xalla liderdir. "Orlando Siti" isə 1 xalla 12-cidir.