663b3aff78f4f202405244239

PSJ-nin azarkeşləri məğlubiyətə görə Kilian Mbappeni günahlandırıblar

PSJ-nin azarkeşləri “Borussiya Dortmund”la görüşdəki məğlubiyyətə görə Kilian Mbappeni günahlandırıblar.


Məlumata görə, gecə keçirilən görüşdə “Borussiya Dortmund”a məğlub olan PSJ azarkeşləri klub rəhbərliyini və futbolçuları istefaya səsləniblər.


Mövsümün sonunda “Real Madrid”ə keçəcəyi dəqiqləşən Kilian Mbappe isə azarkeşlərin əsas hədəfinə çevrilib. Fransalı futbolçu isə məğlubiyyətin ardınca hər kəsdən üzr istəyib.


Qeyd edək ki, PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi isə istefa şüarları səsləndirən azarkeşləri axmaq adlandırıb.


Mənbə: Marca.com