634fa4d770734202210221847

Nüvə təhlükəsi olarsa, Azərbaycan özünü qoruya biləcəkmi?

Artıq 8 aya yaxındır ki Rusiya-Ukrayna müharibəsi davam edir. Fevralın 24-də “xüsusi əməliyyat” adı ilə başlanılan və aylardır ki, davam edən, üzdə Rusiya və Ukrayna müharibəsi kimi bilinən isə, Rusiya və Qərb ölkələri müharibəsində Rusiya prezidenti qələbə naminə nüvə silahından istifadə edə biləcəyini deyir. Bu istiqamətdə müəyyən işlər aparılır. Eyni zamanda Ukraynanln “Zaparoje” Atom Eelektrik Stansiyasına nəzarət edir. Yəni hazırda dünya, daha doğrusu, Qərb ölkələri nüvə müharibəsi ilə qarşı-qarşıyadır.

Bəs, Azərbaycanda nüvə tədqiqatları sahəsində hansı addımlar atılır, hansı işlər görülür?

“Avropanın ən güclü atom-elektrik stansiyası (AES) Zaporoje ərazisi digər ölkə tərəfindən tutulub. Və bu ərazi digər ölkə tərəfindən idarə olunur. Təhlükə yaranıb. Çernobılın təhlükəsi hələ də getməyib. Yenə də zəif də olsa, təhlükə törədir. Bir çox ölkələr arasında regionda ciddi qarşı durmalar var . Xüsusilə Rusiya ətrafında, yaxın Şərqdə, Cənub Qafqazda qarşıdurmalar var”.

Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, kimya elmləri doktoru, professor, AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Musatafayev danışıb. O, bildirib ki, bu qarşıdurmanı yaradan ölkələri də, iştirak edən ölkələri də dəstəkləyən ölkələr var. Onların bəzilərində nüvə silahı var. Ümumiyyətlə, hazırda dünyada nüvə təhlükəsi var.

İslam Musatafayev İslam Musatafayev

“Hər halda az ehtimalla olsa da, bir silah kimi istifadə edilməsi təhlükəsi var. Yəni az ehtimal olsa da, bu ola bilər. Digər tərəfdən atom reaktorunun istifadəsində, idarə olunmasında problem var. Defektli hesab edilən Ermənistan atom-elektrik stansiyası idarə olunmasında problem var. İranda da, Türkiyədə də atom-elektrik stansiyası tikilir. Yəni region bütövlükdə atom enerjisi, nüvə enerjisinin demək olar ki, təsiri altındadır”,- deyə professor qeyd edib.

Azərbaycana gəldikdə isə, professorun sözlərinə görə, Azərbaycanda hələ Beynalxalq Atom Enerjisi Agentliyi yarananda (1957-58 illərdə) həmin dövrdən bu məsələyə diqqət ayrılıb. Bütün dünyada olduğu kimi Azərbaycanda da Neft İnstitutunun tərkibində, Radiasiya Kimyası Laboratoriyası yaradılıb.

“Bundan əvvəl də olub - İzotoplar Labaratoriyası olub və radiasiya sahəsində tətbiqatlar aparılıb. Bu əsasən radiasiya kimyası, radiasiya fizikası sahəsini əhatə edib. Yavaş-yavaş genişlənərək dozametriya, plazma kimya və digər sahələri də əhatə etməyə başlayıb. Sonra bu kiçik laboratoriya çevrilib, olub radiasiya tətbiqatları sektoru. Ondan sonra da olub Radiasiya Problemləri İnstitutu. Bu insititut 20 ildir ki, Azərbaycanda mövcuddu. Bu institutda 20-dən çox elmlər doktoru, 60-dan çox fəlsəfə doktorları çalışır. Atom energetikasının tətbiqinin müxtəlif aspektlərində elmi tətbiqat aparırlar. Elmi tədqiqatların müəyyən hissəsi ətraf mühitdə radiasiya təhlükəsizliyi müəyyənləşdirilməsində, müəyyən hissəsi radiasiya texnologiyaları tətbiqi, radiobilogiya və s. sahələrə həsr olunub. Bu sahələrdə kifayət dərəcədə uğurla tətbiqatlar aparılır. Nüvə tətbiqatları, son 5-6 ildə Rəqəmsal İnkişaf və Rabitə Nəqliyyat Nazirliyinin nəzdində Milli Nüvə Tətbiqatları Mərkəzi var, orada da aparılır. Orada təqribən 60-70 nəfərdən ibarət yüksək ixtisaslı kadrlar yerləşdirilib və bu tətbiqatları aparırlar. Və onların heç də elə bir məqsədi yoxdur ki,nüvə silahı yaratsınlar” - deyə professor əlavə edib.

"Nüvə təhlükəsi olarsa, Azərbaycan özünü qoruya biləcəkmi?" sualını cavablandıran professor bildirib ki, qorunma üsulu beynəlxalq miqyasda qəbul olunan üsullarla həyata keçiriləcək. Bura sığınacaqlardan istifadə olunması, radiasiya mənbəyindən uzaqlaşmaq, radiasiyadan mühafizə ləvazimatlarından və mühafizə qurğularından istifadə etmək lazım gəlir.

“Hər bir ölkənin mülki müdafiə sistemində müəyyən bir potensial var. Eləcə də Azərbaycanda bu potensial var. Azərbaycanda yaxın ərazidə nüvə mərkəzləri yoxdur ki,o partladılsın. Amma xüsusi olaraq, qəsdən Azərbaycana bomba atmaq, nüvə bombası partlatmaq bu kimi az ehtimallı şəraitdə təbi ki, gərginlik yaranacaq və bunlardan qorunmaq lazımdır”,- deyə professor vurğulayıb.

İslam Mustafayev bildirib ki, nüvə silahının yaradılmasını, öz qarşısına gələcəkdə silahın istifadə olunmasını qoyan ölkələr həyata keçirir: “Bizim ölkəmiz sülh tərəfdarıdır. Azərbaycanda bu sahədə işləmələr, tətbiqlə yoxdur”.