650b24827c800202309235738

Qarabağda 8 rus hərbçi öldürüldü - “Məqsəd aydındır…” / ŞƏRH

Rusiya Müdafiə Nazirliyi Qarabağda avtomobilin atəşə tutulması zamanı Rusiya sülhməramlılarının həlak olması barədə məlumat yayıb. Hadisə yerində Rusiya və Azərbaycan müstəntiqləri işləyir.
Rəsmi Moskva sülhməramlıların öldürülməsində erməniləri və Ermənistan hakimiyyətini günahlandırır.


Erməni mənbələri 8 rus hərbçinin öldürüldüyünü xəbər verib. Rəsmi Moskva erməni silahlı dəstələrini ittiham edib. 

Kanal.az tribunainfo.az-a istinadən bildirir ki hadisəyə dərhal şərh verən analitik Elxan Şahinoğlu yeni bir təxribat olduğunu düşünür. Onun fikrincə, yenə eyni ssenarini həyata keçirməyə çalışırlar: “İkinci Qarabağ müharibəsinin son günlərində Azərbaycanın hava sahəsində qəfil Rusiya helikopteri peyda oldu, səhvən vuruldu, işimizi bitirə bilmədik. İndi də biz separatizmlə işi bitirməyə yaxın olarkən, separatçılar ağ bayraq qaldırarkən, sabahkı Yevlax görüşünə hazırlaşarkən, yenə təxribatla üzləşdik, Rusiya hərbi kontingentinə atəş açılıb, ölənlər var. Məqsəd aydındır, bu təxribatı planlaşdıranlar Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsinə mane olmaq istəyənlərdir”.