futzal milli

Millimiz Avropa çempionatına debütanta məğlubiyyətlə başladı - VİDEO

Futzal üzrə Avropa çempionatının final mərhələsinə Azərbaycan millisi məğlubiyyətlə başlayıb.

Kanal.az bildirir ki, belə ki, milli komandamız ilk rəqibimiz olan Gürcüstana 3:2 hesabı ilə məğlub olub.

İlk hissədə komandamız 2:1 hesabı ilə öndə olsa da, bu üstünlüyü qoruya bilməyib. Gürcüstan millisi ikinci hissədə vurduğu iki qolla debüt etdiyi çempionata qələbə ilə başlayıb.

Xatırladaq ki, qarşılaşma Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da oynanılıb.

//oxu.az