ÖLKƏ

Heç kim azərbaycanlı xanım olduğuna inanmadı – VİDEO

Bakıda keçirilən Azərbaycan Kuboku uğrunda bodibildinq və fitness yarışları bu dəfə təkcə idman nəticələri ilə deyil, həm də sosial şəbəkələrdə geniş müzakirə doğuran bir iştirakçı ilə yadda qalıb.

Kanal.az xəbər verir ki, yarışda mükafatçılar sırasında yer alan azərbaycanlı qadın bodibildinq və fitness məşqçisi tamaşaçıların və izləyicilərin diqqətini xüsusi bədən quruluşu, əzələ forması və peşəkar hazırlığı ilə cəlb edib. Onun səhnədə nümayiş etdirdiyi fiziki forma və yarış performansı sosial mediada qısa zamanda yayılaraq geniş rezonans yaradıb.

Bir çox istifadəçi idmançının xarici görünüşünə görə onun əcnəbi olduğunu düşünüb və ilk baxışda azərbaycanlı olduğuna inanmadıqlarını yazıblar. Sosial şəbəkələrdə aparılan müzakirələrdə onun Avropa və ya Latın Amerikası mənşəli idmançılara bənzədiyi iddiaları da irəli sürülüb. Bununla belə, daha sonra onun azərbaycanlı fitness məşqçisi Günay Arazova olduğu və ölkəni yerli yarışlarda təmsil etdiyi təsdiqlənib.

Müzakirələr əsasən onun peşəkar səviyyədə inkişaf etmiş əzələ quruluşu, simmetrik bədən forması və səhnə təqdimatı üzərində cəmlənib. İdman mütəxəssisləri isə bildirirlər ki, bu tip yarışlarda görünüş və bədən forması uzunmüddətli məşq, ciddi qidalanma rejimi və disiplin nəticəsində formalaşır. (milli.az)

Həmin görüntüləri təqdim edirik:

Oxşar xəbərlər

“Tarqovu”da bu görüntülər müzakirələrə səbəb oldu – VİDEO

kanal_az

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

kanal_az

Parisdə uşaqları əlllərindən alınan ailədən xoş xəbər – FOTO

kanal_az

Akif İslamzadə ilə bağlı üzücü xəbər – Oğlu açıqladı

kanal_az

May ayında pensiyalar bu tarixdə ödəniləcək

kanal_az

Rəşad Dağlı azadlığa buraxılıb? – Açıqlama – VİDEO

kanal_az