64e9d6cbc6fc9202308234115

Dünya çempionatında erməni rəqibinə qalib gələn - Azərbaycan şahmatçısı

İtaliyanın Sardiniya adasında gənc qızlar arasında dünya çempionatı davam edir.

Kanal.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Gövhər Beydullayeva IX tur çərçivəsində Ermənistan təmsilçisi Məryəm Mkrtçyanla qarşılaşıb.

Ağ fiqurlarla oynayan 19 yaşlı qrossmeysterimiz 47-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.