ÖLKƏ

Flora Kərimovanın son durumu açıqlandı

Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

Sənətkarın köməkçisi Yaqut İmanovanın “Qafqazinfo”ya verdiyi məlumata görə, hazırda onun müalicə prosesi davam edir və evə buraxılacağı tarix hələ dəqiqləşməyib.

“Dərmanlar verilir, aparatlardan keçirilir, müayinələr edilir. Yəqin ki, 10 günə evə buraxılacaq. Bunu nə mən, nə də həkimləri dəqiq deyə bilmərik”, – Xalq artistinin köməkçisi deyib.

O qeyd edib ki, ustad sənətkarın iyunun 20-si Yaşıl Teatrda baş tutacaq bir ifalıq çıxışı sentyabra təxirə salınıb.

Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib.

Oxşar xəbərlər

Flora Kərimova ilə bağlı üzücü xəbər – FOTO

kanal_az

“Elə kişi yoxdur ki, iri sinə xoşlamasın” – Psixoterapevtin fikirləri qalmaqal yaratdı

kanal_az

Məhərrəmlikdə toy etmək olar? – AÇIQLAMA

kanal_az

Bakıda keçirilən dəbdəbəli toy gündəm oldu: “Tanınmış ailənin övladlarının…” – VİDEO

kanal_az

Zirəddinin bu görüntüləri qalmaqal yaratdı: Özü hər şeyi danışdı – VİDEO

kanal_az

Şok görüntülər: Azərbaycanda timsahlar var? – VİDEO

kanal_az