ÖLKƏ

Azərbaycanın Xalq artisti vəfat etdi – FOTO

Azərbaycanın Xalq artisti, tanınmış aktyor və rejissor Tofiq Mirzəyev vəfat edib.

Kanal.az xəbər verir ki, sənətkar İsraildə 94 yaşında dünyasını dəyişib. Acı xəbəri Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi sosial şəbəkə hesabında ictimaiyyətlə bölüşüb.

Tofiq Mirzəyev Azərbaycan kino və televiziya sənətində uzun illər ərzində səmərəli fəaliyyəti ilə seçilib. O, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, “O qızı tapın” və digər ekran əsərlərində canlandırdığı yaddaqalan obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub.

Aktyorluq fəaliyyəti ilə yanaşı, televiziya rejissoru kimi də milli ekran mədəniyyətinin inkişafına mühüm töhfələr verən sənətkar peşəkarlığı ilə hər zaman yüksək qiymətləndirilib.

Qeyd edək ki, Tofiq Mirzəyev 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Xalq artisti” fəxri adına, eləcə də “Şöhrət” ordeninə layiq görülmüşdü.

Allah rəhmət eləsin. (milli.az)


Oxşar xəbərlər

Arzum məhkəmə zalından azad edildi – VİDEO

kanal_az

Elnarə Abdullayevaya ağır itki

kanal_az

Əməkdar artist oğlunun videosuna yazdığı şərhlə hər kəsi güldürdü – FOTO

kanal_az

Flora Kərimova ilə bağlı üzücü xəbər

kanal_az

Rafael Ağayevə ağır itki

kanal_az

Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür

kanal_az