ÖLKƏ

Flora Kərimovanın son durumu açıqlandı

Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

Sənətkarın köməkçisi Yaqut İmanovanın “Qafqazinfo”ya verdiyi məlumata görə, hazırda onun müalicə prosesi davam edir və evə buraxılacağı tarix hələ dəqiqləşməyib.

“Dərmanlar verilir, aparatlardan keçirilir, müayinələr edilir. Yəqin ki, 10 günə evə buraxılacaq. Bunu nə mən, nə də həkimləri dəqiq deyə bilmərik”, – Xalq artistinin köməkçisi deyib.

O qeyd edib ki, ustad sənətkarın iyunun 20-si Yaşıl Teatrda baş tutacaq bir ifalıq çıxışı sentyabra təxirə salınıb.

Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib.

Oxşar xəbərlər

Əməkdar artist oğlunun videosuna yazdığı şərhlə hər kəsi güldürdü – FOTO

kanal_az

11 gün iş olmayacaq – Tarixlər açıqlandı

Terlan

Xalq artistinin bu görüntüləri qınandı – VİDEO

kanal_az

İndi psixoloq kimi məşhur olan Samirə görün əvvəl nə işlə məşğul olurmuş

kanal_az

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Terlan

Zaur Baxşəliyev efirə qayıdır – Görün hansı layihə ilə

kanal_az