ÖLKƏ

Xalq artistinin məzarının görüntüsü – VİDEO

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslan ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər diqqət çəkib.

Kanal.az xəbər verir ki, mərhum sənətkarın məzarından çəkilən video qısa zamanda geniş yayılıb. Paylaşılan kadrlarda sənətkarın uyuduğu məkan əks olunub və bu görüntülər izləyicilər arasında böyük maraq doğurub.

Videoya çoxsaylı istifadəçilər tərəfindən rəylər yazılıb. İzləyicilər Səyavuş Aslanın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söz açaraq onu ehtiramla yad ediblər. Bir çoxları mərhum aktyoru “yumor ustası”, “təkrarolunmaz sənətkar” kimi xarakterizə edib.

Bəzi sosial şəbəkə istifadəçiləri isə onun yaratdığı obrazların hələ də yaddaşlarda yaşadığını vurğulayıblar. Paylaşımlarda aktyorun filmlərindən sitatlar gətirənlər də az olmayıb.

Qeyd edək ki, Səyavuş Aslan Azərbaycan teatrı və kinosunda özünəməxsus üslubu, xüsusilə yumoristik rolları ilə geniş tamaşaçı sevgisi qazanmış sənətkarlardan biri olub. Onun xatirəsi bu gün də sənətsevərlər tərəfindən hörmətlə anılır. (milli.az)

Oxşar xəbərlər

Bakıda qadın illərdir pul yığdığı bankanın ağzını açanda heyrətə gəldi – Sən demə, yığdığı pulların hamısı… – FOTO

kanal_az

Arzum məhkəmə zalından azad edildi – VİDEO

kanal_az

Elnarə Abdullayevaya ağır itki

kanal_az

Azərbaycanın Xalq artisti vəfat etdi – FOTO

kanal_az

Əməkdar artist oğlunun videosuna yazdığı şərhlə hər kəsi güldürdü – FOTO

kanal_az

Flora Kərimova ilə bağlı üzücü xəbər

kanal_az