ŞOU

Vüsalə köçdü: “Babalımı yuyanları Allaha həvalə etdim” – FOTO

Tele-aparıcı Vüsalə Əlizadə paylaşımı ilə müzakirələr yaradıb.

Kanal.az xəbər verir ki, məşhur televiziya siması evindən köçdüyü barədə görüntünü izləyiciləri ilə bölüşüb.

O, paylaşımında diqqət çəkən məqamlara toxunub:

“Heç sevmirəm köç etməyi. Yorğun, gərgin, hər şey dağınıq, eyni zamanda yükdən çox ağır xatirələr alırsan çiyninə. Enerjini saçdığın, nəfəsinlə isitdiyin, qəhqəhələr atdığın bəzən də bir küncünə qısılıb, körpə uşaq kimi ağladığın, acılı, şirinli xatirələr… Mən çox yoruldum illərdir balamı dişimə alıb, işim üçün, onun təhsili, gələcəyi üçün bu yükə də qatlandım, amma kirayə olduğum hər evə “yad evi” demədən o qədər sevgi verdim ki, o qədər bağlandım ki, sevginin dünyanı gözəlləşdirə biləcəyinə o qədər inandım ki… Və bir o qədərdə əminəm ki, Allahım məni yenə mükafatlandıracaq. Haqqıma girənlər, babalımı yuyanlar, sadəcə Allaha həvalə etdim. Bilirəm, yenə olacaq cılız beyninə görə şərh verənlər, olsun yenə deyirəm, Allah hər kəsə ürəyinə görə versin Sadəcə mən sevgi və həssaslıqla yaşadığım bu hissimi də mənə doğma olan siz izləyicilərimlə bölüşmək istədim. Allah qismət etsin tezliklə öz evimizə köçək Amin”.

Oxşar xəbərlər

Elnarə Abdullayevanın ailəsi ilə bağlı xoş xəbər: Xonçalar gündəm oldu – VİDEO

kanal_az

“Uşağımın atası Xalq artistinin keçmiş əridir” – Tanınmış müğənnidən şok açıqlama – VİDEO

kanal_az

“35 ildir mən və həyat yoldaşım…” – Brilliant Dadaşova baş verən biabırçılıqlardan danışdı

kanal_az

“Kişi kimi kişilərə həsrət qalmışam” – FOTO

kanal_az

Xalq artisti Zülfiyyə Xanbabayevanın həyat yoldaşı bu vəzifəli şəxs imiş – Görün kimdir – FOTO

kanal_az

“Banu”nun Güneli illər sonra üzə çıxdı – Paylaşımı ürək sızlatdı – VİDEO

kanal_az