648a0bf7874ce202306235031

Türkiyə mediası Sinan Oğanın Bakıdakı bu görüntüsündən yazır - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri Türkiyə Prezidentinə, Türkiyə nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Görüşdə diqqət çəkən detal seçkidə həlledici rol oyayan “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğanın da Ərdoğanın nümayəndə heyətinin tərkibində olmasıdır. O, təqdimetmə mərasimində İlham Əliyevlə görüşüb.
Türkiyə mediası sözügedən görüntüləri “Prezident Ərdoğan Azərbaycanda: Sinan Oğan detalı diqqət çəkdi” başlığı ilə manşet ediblər. / Publika