ŞOU

“Tərbiyədən, mədəniyyətdən uzaq…” – Almaxanımın atasından Xalq artistinə ağır cavab

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Almaxanım Əhmədlinin iddialarına Xalq artisti Siyavuş Kəriminin münasibət bildirməsi ilə bağlı xəbər vermişdik.

Kanal.az xəbər verir ki, Almaxanım Əhmədlinin atası, tanınmış şair Vüqar Əhmədin bu xəbərlər bağlı sosial şəbəkə hesabımızdakı paylaşıma yazdığı rəy gözdən yayınmayıb.

V.Əhməd, Siyavuş Kərimi haqda təhqiramiz ifadələr işlədərək bildirib ki, əgər o, verdiyi açıqlamaya görə üzr istəməzsə, bəzi faktlar açıqlanacaq və bu məsələnin sonu onun həbsinə qədər gedib çıxacaq:

“Tərbiyədən, mədəniyyətdən uzaq Xalq artisti, saxta professor üzr istəməsə, çox faktlar açılacaq və sonu həbslə bitəcək. Həddini aşdı. Xalq bilir kim kimdir. Mesencerdəki biabırçılıq yayılsa, bunun sonudur”.

Məsələ ilə bağlı Vüqar Əhmədlə əlaqə saxladıq. Şair saytımıza açıqlamasında qeyd olunan rəyi özünün deyil, bacısı oğlunun yazdığını bildirdi:

“O rəyi bacım oğlu mənim telefonumdan yazmışdı, mən də danladım, sildim. Bir az ruhi problemi var. Ağzıma gələni dedim ona. Biz Siyavuş Kərimiyə cavab vermək istəmirik. Xalq bizi dəstəkləyir.

Xalq artisti, professor, uzun illər rektor işləmiş adamın, necə deyərlər, görürsünüz də mədəniyyətini… Mən ona nə deyim?
Bacım oğluna dedim, nəyinə lazımdır? İşdən çıxmış vaxtıdır, sonra deyərlər işdən çıxarılıb deyə danışırlar… Vəzifədə olsaydı, hə, cavab verərdim. Həm də mən istəmirəm kimsə həbsdə yatsın. Yazıqdılar, nə ediblər, Allah bağışlasın. Əsas Allahın divanıdır. Nəyimə lazımdır, kimisə tutsunlar, gedib qoca vaxtı 8 il yatsın… mənə lazım deyil. Mən pislik edən adam deyiləm. Günahları var, Allah da var…”./Bakupost.az

Oxşar xəbərlər

Zaur efirə qayıdacaq – Verilişinin bağlanması haqqında isə görün nələr dedi

kanal_az

“Pulu olmayan kişi sevməməli və evlənməməlidir” – Azərbaycanlı məşhurdan şok sözlər

kanal_az

71 yaşlı əməkdar artist tanınmaz halda – VİDEO

kanal_az

Musa qısqanclıqdan “dəliyə döndü”: Təranəni qucaqlayan kişiyə reaksiyası gündəm oldu – VİDEO

kanal_az

Müsəlman olmayan azərbaycanlı məşhurların kimliyi şok etdi – Siyahı – FOTO

kanal_az

“Deyirlər niyə elə geyinmişdin?” – Kəmalə Günəşli həmin görüntülərdən danışdı

kanal_az