ŞOU

“O mahnını oxuyub sənətdən gedəcəkdim, dünya ulduzuna çevrildim” – Roza

Müğənni Roza Zərgərli səmimi etirafları ilə diqqət çəkib.

Kanal.az xəbər verir ki, ifaçı sənət yolunda yaşadığı çətinliklərdən və özünü uzun müddət tək hiss etməsindən danışıb.

Müğənni bildirib ki, məşhurlaşdığı dönəmdə bir çox insan onunla işləməyə isti yanaşmayıb:

“Yatdım, səhər oyandım dünya ulduzuna çevrildim. Heç kim mənimlə işləməyi özünə sığışdırmırdı. Hamının öz “star”ı var idi”.

İfaçı açıq şəkildə ona dəstək olan insanların az olduğunu da etiraf edib:

“Mənimlə qorxmadan dostluq edənlər çox az idi. Bizdə “mafialar” var axı”.

Rusiyada doğulub bir müddət orada yaşadığını deyən sənətçi hər iki ölkədə müəyyən çətinliklərlə üzləşdiyini bildirib:

“Mən Rusiyada doğuldum və orada “qara” sayılırdım. Bakıya gəldim, yenə heç nə dəyişmədi. Azərbaycanlı olsam da, mənə rus deyirdilər. Dili bilmirdim deyə burada da “döyülürdüm”, Rusiyada da…”.

Sənətçi hətta bir dönəm musiqidən uzaqlaşmaq istədiyini də ilk dəfə açıqlayıb:

“Artıq ‘İstədim’ mahnımı oxuyub səhnədən gedəcəkdim. İlk dəfədir deyirəm”.

Onun sözlərinə görə, məhz Elvinin təkidi qərarını dəyişib:

“Elvin israr etdi ki, bu mahnını oxu, sonra gedərsən. Yəni diqqət istədin, görmədin və sənətdən getdin”.

Zərgərlinin açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. /milli.az

Oxşar xəbərlər

Roza oxumağa getdiyi toyda bəyin kim olduğunu görəndə behi geri qaytarıb… – FOTO

kanal_az

“Ağıllı ol, əlimdə oteldə çəkilən videoların var” – Qalmaqal

kanal_az

“Otelə ərimlə gedirəm” – Qumral

kanal_az

“Banu”nun Güneli vəsiyyətini açıqladı – Kədərli paylaşım – VİDEO

kanal_az

Toyda Əməkdar artist ilə aparıcı Zaur arasında dava – Müğənnini sakitləşdirə bilmədilər – VİDEO

kanal_az

Azərbaycanlı məşhurların uşaqlıq fotoları – Görənlər təəccüblənir

kanal_az