MARAQLI

Qurban Qurbanov kimdir? – Ailəsi və həyatı haqqında maraqlı faktlar – VİDEO

Qurbanov Qurban 1972-ci il aprelin 13-də Zaqatalanın Aşağı Tala kəndində – Osman kişi və Güləbatın xanımın ailəsində dünyaya gəlib. Ailədə 6 uşaqdılar. 2 bacı və 4 qardaş. Ən kiçik uşaq – sonbeşiyi Qurbandır. Uşaqlıqda Zaqatala üçün xarakterik olan tütün təsərrüfatında işləyib. Zəhmətkeş uşaq olub. Uşaqlıqda bir neçə dəfə siqaret də çəkib. Lakin aludəçisinə çevrilməyib. 

Əvvəlcə Aşağı Tala 5 saylı səkkizillik məktəbi fərqlənmə ilə bitirib. 9-10-cu sinifləri 3 saylı məktəbdə oxuyub.

10 yaşı olanda evdə ata və anasının qışda buğda satıb yaba almaq istədiklərini eşidib. Fikirləşib ki, qonşuları Mustafa kişinin 3 yabası var. Onlardan birini oğurlaya bilər. Elə də edib. Yabanı götürərək tövlələrinin yanına qoyub. Sabahı günü hamı yabadan danışır. Axırda Qurban etiraf edir ki, yabanı qonşudan xəbərsiz götürüb. O zaman anası onun qulağının dibinə möhkəm bir şillə vurub və yabanı həmən aparıb qonşuya qaytarmasını tələb edib. Bu Qurbanın həyatındakı ilk və son oğurluq olub. 17 yaşı yaşı olanda – 1989-cu ildə atası Osman kişi rəhmətə gedib.

(QIZLARI İLƏ)

Futbola 15 yaşında başlayıb. Zaqatalada kəndlərarası futbol oyunu keçiriləndə Məşqçi Şaban Şirdanov həmin çempionatda Qurbanın oyununu görür və onu `Daşqın`a klubuna dəvət edir. 16 yaşından `Daşqın`ın əsas heyəti ilə məşq etməyə, 17 yaşından isə Azərbaycan çempionatında oynamağa başlayır. İlk oyununa müdafiəçi kimi çıxır. Sol cinah müdafiəçisi kimi oyunu inamlı alınır. Növbəti oyunlardaan etibarən hücumçu mövqeyinə keçir. 

Ailəsi əksər sovet ailəsi kimi onu futboldan yayındırmağa, dərslərini oxumağa sövq edir. Lakin qardaşı Musa onun yanında olur və Qurbandan böyük olduğuna görə ailəsinə sözü keçir, nəticədə Qurbanın futbolçu olmasına nail olur.

Musa özü də futbolçu olub. Hətta 6 ay eyni iki qardaş eyni komandada – Gürcüstanın “Merstxali” komandasında oynayıblar. Hərbi xidmətlə əlaqədar MOİK-də də oynayıb. Yeri gəlmişkən, əsgərlikdə cəmi 40 gün olub, 1990-cı ildə. Hərbi anddan sonra Zaqatalaya qayıdıb. Amma MOİK-in oyunları olanda onu çağırıblar.

Oxşar xəbərlər

Taos uğultusu: Minlərlə insanın eşitdiyi, mənbəyi tapılmayan səs necə yaranır?

Altay

Dünyanı şoka salan araşdırma: Qiyamət yaxınlaşır, yalnız bu ölkələr salamat qalacaq

kanal_az

Aokiqahara meşəsi niyə bu qədər danışılır? – Yaponiyanın səssizliyində itib gedən sirr

Altay

Kriminal aləmdə at oynadan qadınlar – Biri Bakılıdır… – Görün kimdir – FOTOLAR

kanal_az

Nəyə görə arvad kişinin sağ tərəfində yatmalıdır? – Sən demə sol əl… – Şok səbəb

kanal_az

Voyniç əlyazması: 600 ildir oxuna bilməyən kitabda gizlədilən sirr nədir?

kanal_az