63a1fbb20ea65202212221514

Nüsrət qadağaları pozaraq meydançaya necə daxil ola bilib? - Messini narahat etdi, kuboku götürdü... / FOTO

''Salt Bae'' ləqəbli Nüsrət Gökçənin futbol üzrə dünya çempionatının final oyunundan sonra stadiona daxil olması müzakirələrə səbəb olub.

Kanal.az Türkiyə mediasına istinadən xəbər verir ki, kənar şəxslərin meydana daxil olaraq kuboka toxunması qadağandır. Lakin Argentina-Fransa qarşılaşması başa çatan kimi Nüsrət meydançaya daxil olub və kuboku götürərək fotolar çəkib. Məlumata görə, Nüstrət Gökçə FİFA prezidenti Canni İnfantinonun yaxın dostudur. Türk aşpaz bu nüfuzundan istifadə edərək meydançaya daxil olub. Onun üzərində FİFA-nın xüsusi akkreditasiya kartının olması diqqət çəkib. FİFA isə bu barədə əsmi açıqlama verməyib. Nüsrətin bu davranışı dünya mediasında da müzakirələrə səbəb olub. Onun Lionel Messi ilə görüntüləri də gündəm olmuşdu.

Qeyd edək ki, FİFA-nın rəsmi internet səhifəsində yer alan məlumata görə, dünya kubokuna texniki heyət, futbolçular və ölkə prezidentləri toxuna bilər.