6404cb6da961a202303230341

Kriştiano Ronaldo Türkiyəyə yardımla dolu təyyarə göndərdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Türkiyə və Suriyada baş verən zəlzələlərdən əziyyət çəkənlər üçün yardım göndərib.

Kanal.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı ulduz futbolçu zəlzələdən əziyyət çəkənlər üçün yardımla dolu bir təyyarə göndərib.

Təyyarədə çadır, yastıq, yorğan, yataq, qida vasitələri və tibbi ləvazimatların olduğu qeyd bildirilib.