624fecdf2fc38_162419_8u1chro6cg

Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər

Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Kanal.az xəbər verir ki, namizədlər Mauro Junior (PSV), İra Sor ("Slaviya", Praqa), Ulrik Saltnes ("Budyo Qlimt") və Dimitri Payetdir ("Marsel"). 

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.