63870158eadd3202211220808

İran millisinin oynadığı stadionda Azərbaycan bayrağı açıldı: "O tayı da, bu tayı da" - FOTO

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında B qrupunun III turunda İranla ABŞ qarşılaşıb.

Kanal.az-ın məlumatına görə, oyununun keçirildiyi “El Tumama” stadionunun tribunasında Azərbaycan bayrağı asılıb.

Bayrağın üzərində isə "O tayı da, bu tayı da" yazılıb.

Qeyd edək ki, ABŞ 1-0 hesabı ilə qalib gələrək qrupdan çıxıb. İran isə qrupda qalıb.