64a4220a25b6e202307234338

İdmançımıza qarşı təxribat törədən erməni gümüş medaldan məhrum edildi - VİDEO

Gürcüstanın Batumi şəhərində karate üzrə keçirilən turnirdə Azərbaycan təmsilçisinə qarşı təxribat törədən erməni idmançı qazandığı gümüş medaldan məhrum edilib.

Kanal.az xəbər verir ki, o, həmçinin yarışdan kənarlaşdırılıb.

Qeyd edək ki, insident Batumidə karate üzrə dünya çempionatında "Samuray Karate" klubunun üzvü Alika Semixova ilə onun erməni rəqibi arasında keçirilən final görüşündə baş verib.

İdmançımız Ermənistan təmsilçisini əsas vaxtda 2:0 hesabı ilə məğlub edib. Bundan sonra erməni idmançı Alikaya yaxınlaşaraq karateçimizin üzünə zərbə endirib.

İdmançımız özünü təmkinli aparıb. Hər şey Yaponiyadan olan Ümumdünya Şotokan Karate Federasiyasının prezidenti Sensei Hitoşi Kasuyanın gözü qarşısında baş verib.

Turnirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, İran, Ermənistan, Şotlandiya, ABŞ və Özbəkistandan karateçilər mübarizə aparıblar.