624d3854a6f29_photo_163823

Çempionlar Liqasında gecənin nəticələri

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Kanal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

İspaniyanın "Atletiko" (Madrid) klubu İngiltərədə "Mançester Siti"nin qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 70-ci dəqiqədə Kevin De Brüyne vurub.

Gecənin digər matçında İngiltərə "Liverpul"u Portuqaliyada "Benfika" ilə qarşılaşıb. Bu oyunda da İngiltərə təmsilçisi qalib gəlib - 3:1. Qonaqlardan 17-ci dəqiqədə İbrahima Konate, 34-cü dəqiqədə Sadio Mane və 87-ci dəqiqədə Luis Dias fərqlənib. Lissabon təmsilçisinin yeganə qoluna isə 49-cu dəqiqədə Darvin Nunyes imza atıb.

Komandalar arasında cavab görüşləri aprelin 13-də oynanılacaq.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

5 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Atletiko" Madrid (İspaniya) - 1:0

Qol: Kevin De Brüyne, 70

Baş hakim: İştvan Kovaç (Rumıniya)

23:00. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə) - 1:3Qollar: Darvin Nunyes, 49 - İbrahima Konate, 17. Sadio Mane, 34. Luis Dias, 87

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Qeyd edək ki, bu mərhələnin digər iki ilk oyunu aprelin 6-da gerçəkləşəcək.