AÇ: mini-futbol millimiz yarımfinalda!
Mini-futbol üzrə milli komandamız Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Kanal.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/4 finalda Slovakiyanı məğlubiyyətə uğradıb - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, hesabı sonadək qorumaq mümkün olub.
Finala gedən yolda millimizin rəqibi Qazaxıstan seçməsi olacaq.
- İdman
- 09 İyun 2022