GÜNDƏMÖLKƏ

443 min nəfərə şad xəbər – Pul veriləcək

“2027-ci ildə işsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir. O cümlədən, 173 min şəxsin işlə təmin olunması, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilməsi proqnozlaşdırılır”.

Kanal.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

“Əlavə olaraq, 2027-ci il ərzində 15,6 min şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsi proqnozlaşdırılır. 2027-ci ildə məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə işsizlikdən sığorta fondunun xərclərinin 61%-nin və ya 194,2 milyon manatının yönəldilməsi proqnoz edilir, o cümlədən, işsizlikdən sığorta ödənişi üzrə 36,0 milyon manat vəsait nəzərdə tutulur”, – deyə nazir bildirib.

Oxşar xəbərlər

Polad Həşimovun anası ilə bağlı üzücü xəbər

kanal_az

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün yanvardan yeni məbləğlər açıqlandı

kanal_az

Gələn il pensiyalar bu qədər artırılacaq – Rəsmi

kanal_az

“İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram” – İradə İbrahimova

kanal_az

Son 70 ilin ən sərt qışı gəlir… – İki rekord şaxta tarixi

kanal_az

“Dostu ilə birlikdə kabinetin qapısın bağlayıb…” – Bəxtiyar Dalinin tutulmasına səbəb olan qadın bu müğənni imiş

kanal_az