ÖLKƏ

Rəşad Dağlı azadlığa buraxılıb? – Açıqlama – VİDEO

Sosial şəbəkələrdə meyxanaçı Rəşad Dağlının azadlığa çıxması barədə məlumatlar yayılıb.

Kanal.azxəbər verir ki, “Tiktok”da yayılan videoda meyxanaçı Ağamirzənin çıxışı paylaşılıb.

Videoda “Çox sağ olun, hamınız dua etdiniz, şükür Allaha qardaşımız azadlıqda” dediyi eşidilir.

Videoda R.Dağlının fotosu yerləşdirilib və onun azadlığa çıxdığı iddia edilir.

Videonun ilk baxışdan saxta olunduğu hiss edilsə də, çox sayda sosial şəbəkə istifadəçisi xəbərin həqiqi olduğuna inanıb.

Rəşad Dağlının bibisi qızı, jurnalist Könül Aypara Ölkə.Az-a açıqlamasında məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

O, bəzi sosial şəbəkə səhifələrinin reytinq xatirinə tez-tez bu cür yalan məlumatlar paylaşdığını söyləyib.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (bizim.media)

Oxşar xəbərlər

Bakıda qadın illərdir pul yığdığı bankanın ağzını açanda heyrətə gəldi – Sən demə, yığdığı pulların hamısı… – FOTO

kanal_az

Arzum məhkəmə zalından azad edildi – VİDEO

kanal_az

Elnarə Abdullayevaya ağır itki

kanal_az

Azərbaycanın Xalq artisti vəfat etdi – FOTO

kanal_az

Əməkdar artist oğlunun videosuna yazdığı şərhlə hər kəsi güldürdü – FOTO

kanal_az

Flora Kərimova ilə bağlı üzücü xəbər

kanal_az