ÖLKƏ

Yusufla birgə hamamda zəhərlənən 14 yaşlı qızın anası danışdı – Görün qız kim imiş – FOTO

Bakıda 19 yaşlı Ağdaş sakini Yusuf Mehmet oğlu Atalay və 14 yaşlı Yevlax sakini Təranə Mədxun qızı Bəkirova Xətai rayonunda kirayədə yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

Kanal.az  nocomment.az-a istinadla xəbər verir ki, T.Bəkirova daha əvvəl də polis tərəfindən saxlanılıbmış.

Belə ki, ötən ilin oktyabrında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan T.Bəkirova olması müəyyən edilərək saxlanılıb.

Sosial şəbəkələrdə onun 17 yaşı olduğu yazılsa da, ailəsi 14 yaşında olduğunu bildirib.

Məlumata görə, o, uzun müddət əvvəl evi tərk edib.\\globalinfo.az

***

Xəbər verdiyimiz kimi, Bakıda ötən gün 2007-ci il təvəllüdlü gənc oğlan və 2012-ci il təvəllüdlü qız hamam otağında dəm qazından zəhərlənib.

Hadisə nəticəsində 19 yaşlı Y.A. həyatını itirib, 14 yaşlı T.B. isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi xidmətlər göstərilsə də, ixtisaslı tibbi xidmətdən imtina edilib.

Kanal.az xəbər verir ki, news24.az məsələ ilə bağlı 2012-ci il təvəllüdlü qızın anası ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, qız evdən qaçıbmış: “Mənim ürəyim qan ağlayır. Bu uşaq dəfələrlə evdən qaçıb. Neçə dəfə tutub gətirmişik, yenə bu hərəkət təkrarlanıb. Qabaq bir dəfə qaçanda Abşeron rayonunda axtarışa vermişdim, tapıb gətirdilər. Ondan sonra daha polisə müraciət etmədim. Hər dəfə gedib hamını narahat etmək istəmirəm”.

Anasının dediyinə görə, qızı ilə bir müddət qabaq danışıb. Onu evə qaytarmaq üçün dilə tutub. Amma qızı dinləməyib: “Dedim, ay bala, evə gəl, sənin yerin, yurdun haradadır?! Mənim başqa uşaqlarım da var, amma bu uşaq fərqlidir. Mənə qulaq asmır. Atası da gözdən əlildir”.

Yeniyetmənin anası qızının günahlandıranlara da səslənib: “Oğlanın yaxınları qızımı günahlandırır. Niyə demirlər ki, bunun 14 yaşı var, onun 19. Niyə bunu demirlər?! Mən artıq heç nə demirəm, özünüz görürsünüz”.

Qeyd edək ki, yeniyetmə T. B. bir müddət əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsində mağazadan oğurluq etdiyi üçün saxlanılmışdı.

Daha öncə bloger Nail Kəmərlinin həmin yeniyetmə ilə söhbətinin videonusu yayımlamışdı. Həmin videodan sonra qız gözəlliyinə görə populyarlaşmışdı.

Oxşar xəbərlər

Flora Kərimova ilə bağlı üzücü xəbər

kanal_az

“İdrak” Liseyində güllələnən müəllim işdən çıxdı – Şagird isə…

kanal_az

Elgiz və Xoşqədəm efirə qayıdır – Görün hansı layihə ilə

kanal_az

Milli Qəhrəmanın gəlini onun adını daşıyan nəvəsinin fotosunu paylaşdı – FOTO

kanal_az

Elşən Hacıbabayev ilə bağlı üzücü xəbər

kanal_az

Zaur Kamal “qayıdırıq” dedi – Efirinə icazə verilmədi

kanal_az