ŞOU

“Zaur “əzik”, bir maşına satılan kişi idi” – Əməkdar artist

Əməkdar artist Lalə Məmmədova “Təhminə və Zaur” filmi ilə bağlı açıqlamasıyla gündəmə gəlib.

Kanal.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni “Sevinclə danış” proqramında Zaur obrazını tənqid edib:

“Təhminənin həyatında məna Zaurun sevgisi olur. Televiziyada işə düzəlir. Amma onu ayaqda saxlayan sevgi olur. Zaur bizim “ata-ana uşağı” dediyimiz, həyatda daşı daş üstünə qoymayan, heç bir çətinlik görməyən, hər şeyin hazır qarşısına gəldiyi kişi cinsidir. Zaur Təhminənin sayəsində sevgi ilə tanış olur. Düşünür ki, cəmiyyətdə qəbul edilməyən qadının sevgisi budursa, görün qarşıda məni nə gözləyir. Ömrünün sonuna qədər Təhminənin sevgisi ona yara olur.

Övladımızın əziyyət çəkməsini istəmirik. Atam deyirdi ki, biz lampa işığında oxuyub bir yerə çıxmışıq. Zaurun da valideynləri müharibə dövrünü yaşamış adamlar idi. İstəmirdilər ki, övladları əziyyət çəksin. Tək övlad idi və ona hər şey hazır gəlirdi. Mənim üçün Zaur əzik obrazdır.

Qadının sevgisinin bünövrəsində güvən durur. Qadın kişiyə güvənməsə, o münasibət alınmaz. Təhminə sevgisini güvənsiz və əzik bir yerə vermişdi. Bir maşına satıldı. Onun aldığı cavab da bu oldu – atıldı… Qəbul etdirə bilərdi”.

Qeyd edək ki, ekran işində Zaur obrazını Xalq artisti Fəxrəddin Manafov, Təhminəni isə aktrisa Meral Konrat canlandırıb.

Oxşar xəbərlər

“Mən yoxamsa hamı televizorun satsın, nəyə lazımdır?” – VİDEO

Terlan

Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı – (Video)

Terlan

“Xanımlarını unutmaq üçün gələn bəylər mənə təklif edirlər ki…” – Şok sirləri açdı

kanal_az

Əməkdar artistin kiçik oğlunun ifası hər kəsi heyran etdi – VİDEO

Terlan

Gözəlliyi ilə Türkiyəni fəth edən aktrisa bu məşhur azərbaycanlı sənətçinin qızı imiş – FOTO

kanal_az

“Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi” – VİDEO

Terlan