xiomi

“Xiaomi 12” “Xiaomi 12 Pro” və “Xiaomi 12X” smartfonlarının qiyməti AÇIQLANDI

2021-ci ilin sonunda istehsalçı Xiaomi smartfonlarının flaqmanı sayılan “Xiaomi 12”ni bazara çıxardı və alıcılara təqdim etdi.

Kanal.az xarici mediaya istinadən xəbər verir ki, yeni flaqman bazara çıxdığı vaxtdan satış rekordu qırıb.  Belə ki, cəmi 5 dəqiqə ərzində şirkət 1,8 milyard yuan (283 milyon dollar) dəyərində smartfon satıb. Həmişə olduğu kimi, satılan smartfonların dəqiq sayı göstərilməyib, lakin bu rəqəm ötən ildəkindən  çoxdur. Qeyd edək ki, Xiaomi “Mi 11” smartfonu 1,5 milyard yuan (236 milyon dollar) dəyərində satılmışdı.

Şirkət hər ailə büdcəsi üçün üç smartfon satışa çıxardığını açıqlayıb. Belə ki, nisbətən yığcam “Xiaomi 12”, daha təkmil “Xiaomi 12 Pro” və flaqman xüsusiyyətlərinə, eləcə də aşağı qiymət etiketinə yaxın “Xiaomi 12X” artıq satışdadır.

Qiymətlərə gəlincə “Xiaomi 12X” (8/128 GB) 500 dollardan başlayır, 12/256 GB-a malik “Xiaomi 12 Pro” üçün isə 850 dollara qədər pul ödəməlisiniz,  “Xiaomi 12” isə 580 dollara satılır. / Konkret.az