64cb35c90eb32202308230617

Gülyanaq Məmmədovanın özbəkistanlı nazirlə dueti GÜNDƏM OLDU - VİDEO

Azərbaycanda keçirilən Özbəkistanın mədəniyyət günlərində maraqlı anlar yaşanıb.

Kanal.Az axşam.az-a istinadən bildirir ki, Özbəkistandan gələn nümayəndə heyətinin şərəfinə verilən ziyafət zamanı Xalq artisti Gülyanaq Məmmədova bu ölkənin mədəniyyət naziri Ozodbek Nazarbekovla duet oxuyub.

Maraqla qarşılanan ifa nazirin instaqram hesabında paylaşılıb.

Qeyd edək ki, G.Məmmədova həm də Özbəkistanın Xalq artistidir.

Həmin görüntüləri təqdim edirik:

Axşam.az