ÖLKƏ

Xalq artisti ilə bağlı üzücü xəbər

“Yaş öz sözünü deyir. Səhhətim irəli getməkdən, geri gedir. Heç nəyə halım olmur. Səhər açılandan divanda oturub yerimdən tərpənmirəm. Nə həvəsim, nə də halım var”.

Kanal.az bildirir ki, bunu Musavat.com-a Xalq artisti Ofeliya Sənani deyib.

O bildirib ki, uzun illərdir təzyiq xəstəliyindən əziyyət çəkir: “Təzyiqim çox yüksək olur. Dərman vasitəsi ilə aşağı salanda isə halsız oluram. Qohumum yanımda qalır və mənə qulluq edir. Dərmanları içməsəm, çox pis olaram. Çünki infarkt keçirmişəm, beynimə qan sızıb. Buna görə huşsuzlaşma olur. Amma müalicələrimi alıram”.

Diktor bildirib ki, darıxmır: “Darıxmıram. Televizora baxıram, nəvələr gəlir, onlarla söhbət edirəm. Mənim üçün çox darıxırlar. Çölə çıxmağa həvəsim olmur. Həyətdə gəzəndə qonşular halımı soruşur. Havaların isinməsinə sevinirəm, isti mənə yaxşı təsir edir, təzyiqim də o qədər yüksəlmir”.

Oxşar xəbərlər

Polad Həşimovun anasının son durumu açıqlanıb

kanal_az

443 min nəfərə şad xəbər – Pul veriləcək

kanal_az

Polad Həşimovun anası ilə bağlı üzücü xəbər

kanal_az

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün yanvardan yeni məbləğlər açıqlandı

kanal_az

Gələn il pensiyalar bu qədər artırılacaq – Rəsmi

kanal_az

Son 70 ilin ən sərt qışı gəlir… – İki rekord şaxta tarixi

kanal_az