Uşaq evinin sakini yüksək balla tələbə adını qazandı - FOTO
Gəncə Şəhər Uşaq Evinin sakini Həsənov Həsən Mikayıl oğlu ali məktəblərə qəbul imtahanında uğurlu nəticə əldə edib.
O, 413,30 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.
ADPU -nun rəhbərliyindən verilən məlumata əsasən, universitet Həsəni himayəsinə götürür və onun bütün təhsil xərclərini ödəyəcək.
Qeyd edək ki, Həsən Həsənov 2012-ci ildən Gəncə Uşaq Evində yaşayır.
- Cəmiyyət
- 01 Sentyabr 2023