66bea68870efe202408240824

Atası ilə yanaşı dəfn edilən Nəsibə Məmmədovanın payızda toyu olacaqmış

Cəlilabad rayonunun Moranlı kəndində quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

Belə ki, həmin gün 43 yaşlı Həsənağa Məmmədov qonşu kənddə qonaq olduğu üçün hadisədən vaxtında xəbər tuta bilməyib. Ailənin iki övladı var idi: biri qız, biri oğlan. Nişanlı olan Nəsibə Məmmədovanın toyu payızda olacaqdı.

Ata və qızı Moranlı kənd qəbiristanlığında dəfn ediliblər.

Ətraflı Baku TV-nin süjetində: