ordu

"Ukraynaya eşq olsun" - Rusiyaya qalib gəlir / Nuland

“Qələbə qazandığınızda yanılmırsınız. Bu müharibədə qalibsiniz. Siz böyük görünən Rusiya silahlı qüvvələrini məğlub edirsiniz”.

Kanal.az xəbər verir ki, bu sözlər ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

Onun sözlərinə görə, Ukrayna üç əsas prinsiplərə görə qalib gəlir:

“Birincisi, bütün demokratik dünyanın dəstəyi. İkincisi, ədalət sizin tərəfinizdədir. Üçüncü və ən əsası Ukrayna xalqının azadlığı var. Bu mübarizəyə hakim olmaq üçün bu prinsiplər zəruridir. Sizi dəstəkləyirik. Ukraynaya eşq olsun”