621cb71d270bb_htyjtjtjtj

Ukraynalı fermer rus tankını belə ələ keçirdi - Həyətinə apardı / VİDEO

Rus qüvvələrinin işğal etməyə çalışdığı Ukraynada lentə alınan görüntülər sosial mediada böyük maraqla qarşılanıb.

Kanal.az xəbər verir ki, görüntülərdə ukraynalı fermerin rus tankını traktoruna bağlayaraq, qaçırdığı əks olunub. Məlumata görə, zirehli texnika MT-LB tankıdır. Zirehli texnikanın üzərinə hava hücumundan müdafiə sistemləri və müxtəlif silahlar yerləşdirilə bilir.

Güman edilir ki, rus tankının yanacağı bitdiyi üçün yolda tərk edilib. Ukraynalı fermer də tankı ələ keçirib. Fermer tankı həyətinə aparıb.