Keçmiş arvadını küçədə, uşaqlarının yanında GÜLLƏLƏDİ
Türkiyədə kişi keçmiş arvadını küçədə öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Aydın şəhərinin Didim qəsəbəsində baş verib.
43 yaşlı M.Y. boşandığı arvadı 33 yaşlı Sibel Ayganı küçədə övladlarının gözü önündə güllələyib. Daha sonra hadisə yerindən qaçıb.
Xəstəxanaya yerləşdirilən qadını xilas etmək mümkün olmayıb.
M.Y. isə qaçıb gizləndiyi Muğla şəhərinin Milas qəsəbəsində saxlanılıb.
Araşdırma aparılır.
- Dünya
- 01 Oktyabr 2024