ŞOU

Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi”

Müğənni Tacir Şahmalıoğlu geyiminə görə sosial şəbəkələrdə onu tənqid edənlərə cavab verib.

Kanal.az xəbər verir ki, sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, müzakirələrə səbəb olan görüntülər onun evinin həyətində lentə alınıb:

“Həyətimdir. Verilişə və ya studiyaya idman geyimində çıxmamışam ki. Səhər tezdən çəkiliş qrupu gəlib, məni evimdə çəkib. Burada qəbahətli nə var? Həmin gün toyum var idi. Əvvəl çəkiliş etdik, sonra geyimimi dəyişib toya getdim. Başa düşə bilmirəm, insanlar evlərində necə gəzir? Həyətdə pencək və qalstukla gəzirlər? Tənqidə normal yanaşıram. Bu da lazımdır, qoy etsinlər”.

Tacir Şahmalıoğlu bu iradların əsassız olduğunu düşünür:

“Bu tənqid məqsədəuyğun deyil. Mən öz evimdə, öz həyətimdə idman geyimində gəzirəm. İlk dəfədir ki, belə bir münasibətlə qarşılaşıram. Nə etməliydim? Həyətimdə də pencək və qalstukla gəzməliydim? Bu, sadə idman geyimidir. Burada nə ədəbsizlik var? İdman geyimi nə vaxtdan ədəbsiz geyim hesab olunur? Şortikdə deyildim, baldırım da açıq deyildi”.

Qeyd edək ki, Tacir Şahmalıoğlu çəkilişlərin birində geyiminə görə sosial şəbəkələrdə tənqid olunub. Müğənninin “Bu maşını mənə dostum hədiyyə edib” sözlərinə münasibət bildirən bəzi izləyicilər “Gərək dostların sənə şalvar hədiyyə edəydi” kimi istehzalı rəylər yazıblar.

Oxşar xəbərlər

“Dostlarım var ki, görüntülü yığır, kartıma pul atırlar” – FOTO

kanal_az

“Komedixana”nın aktyorlarının bu görüntüləri müzakirələrə səbəb oldu – VİDEO

kanal_az

Zeynab Xanlarovanın oğlu bu vəzifəli şəxs imiş – FOTO

kanal_az

Paşinyanın dinlədiyi mahnının ifaçısı Zeynəb görün kim imiş – FOTOLAR

kanal_az

“Mən yoxamsa hamı televizorun satsın, nəyə lazımdır?” – VİDEO

Terlan

Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı – (Video)

Terlan