61f29afaa7084_gjdjütjrtj

Rusiya Ukraynadan sonra bu ölkəni hədəfə alacaq - "Putin oyun oynayır" / ŞƏRH

"Sovetlər Birliyi dağıldıqdan sonra Rusiya hər zaman istər Qafqaz, istərsə də Orta Asiya ölkələrini təhdid altında saxlamağa çalışıb. Rusiya Federasiyasının Müstəqil Dövlətlər Birliyini yaratmaqda da məqsəd keçmiş postsovet məkanını nəzarətdə saxlamaq və öz şərtlərini diktə etmək idi”.

Kanal.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında politoloq Teymur Qasımlı deyib. O xatırladıb ki, Cənubi Qafqazda Ukrayna-Rusiya gərginliyi 2014-cü ildən davam edir:

"Hər kəs "bu gün, sabah müharibə olacaq” proqnozunu versə də, ortada bir şey yoxdur. Ukrayna ilə Rusiyanın aktiv müharibəyə daxil olacağını düşünmürəm. Amma Ukraynayla separatçılar arasında müharibə gec-tez olacaq və Rusiyanın onları dəstəkləməsi mümkündür. Üstəlik, belə bir iddia yayıldı ki, Çinin lideri Putindən Qış Olimpiya Oyunlarının bitişini gözləməklə bağlı xahiş edib. Bu, bir ehtimal ola bilər. Çin özü də Ukrayna ilə müharibə məsələsinə isti yanaşmır. Yəni Rusiya Ukraynaya daxil olacağı halda, böyük fəlakətə, bataqlığa girəcək. Güman ki, belə bir fikri yoxdur. Sadəcə Putin oyun oynayır, Rusiyaya qarşı olan sanksiyaları geri götürmək üçün hər bir bölgədə cəbhə açır”.

Müsahibimiz hadisələrin Mərkəzi Asiyaya sıçraması ehtimalından da söz açıb:

"Özbəkistan böyük işlər görür, xarici siyasətində çoxrektorludur. Həmçinin Özbəkistanda bir milliləşmənin getməsi - özbək dilində tədrisin keçirilməsi və s. məsələlər də Rusiyanı təhdid edirdi.  Özbəkistanın daxilində hansısa bir çaxnaşma ola bilər və bunu da mərkəzi hakimiyyət bilir, ehtiyat tədbirləri görəcəyini deyir. Bəlkə "Taliban”nın islamçı kəsimi ilə Özbəkistan arasında atışmalar ola bilər. Cənubi Qafqaza gəldikdə isə, Ukrayna-Rusiya gərginliyinin bura gəlməsi hələ ki gözlənilən deyil”.