ŞOU

Rəşadın son halı: Arıqlayıb, saçları da ağarıb…

Bu günlərdə 11-ci “kolon”da cəza çəkən bir dostumu ziyarət etməyə getmişdim.

Orada təsadüfən qarşıma çıxan bir nəfər məni illər əvvələ – meyxana meydanlarının qızğın çağlarına apardı. Keçmişə səyahət etdirən adam Rəşad Dağlı idi.

Meyxana aləminin tanınmış siması qonşusunu qətlə yetirdiyinə görə zindandadır. Ona 9 il 6 ay həbs cəzası kəsilib. Bir vaxtlar “40 yaşımda sənətdən gedəcəyəm” deyən meyxanaçının həmin yaşda həbsdə ola biləcəyi, bəlkə də, heç ağlının ucundan keçməmişdi.

Tanımaq çətin idi… Üstündən cəmi iki il yarım vaxt keçib, amma əvvəlki illərdə gördüyümüz Rəşaddan, demək olar, əsər-əlamət qalmayıb. Xeyli arıqlayıb, saçları daha da ağarıb. Susqun, ciddi… Əvvəlkindən bir az da çox.

– Şair, Allah qapını açsın!

– Çox sağ olun, Allah köməyiniz olsun!

Aramızda belə bir qısa dialoq keçdi. Yanına gələn vardı.

Məhkumlarla söhbətdə öyrəndim ki, Rəşad Dağlı cəzaçəkmə müəssisəsində idmana başlayıb, çəki itirməsinin səbəbi də bu imiş.

Deyirlər, çox adamla qaynayıb-qarışmır. Əsasən, kamerada olur. Sakit, tək… / Oxu24.az

Oxşar xəbərlər

Ölüm xəbəri yayılan “Banu Günel”in son halı – FOTO

kanal_az

Kəmalə Günəşlinin əsl yaşı görün neçə imiş – Təəccüblənəcəksiniz – VİDEO

kanal_az

Roza bu müğənni ilə sevgili imiş: “Təklif etdim ki, ər-arvad kimi…” – FOTO

kanal_az

Qocalığa meydan oxuyan 89 yaşlı Zeynəb Xanlarovanın yeni görüntüsü – FOTO

kanal_az

Dilarə Əliyevaya yeni vəzifə verildi

kanal_az

Elnarə Abdullayevanın ailəsi ilə bağlı xoş xəbər: Xonçalar gündəm oldu – VİDEO

kanal_az