Qılıncoynadanımız Dünya Kukokunun qalibi oldu

  • İdman
  • 29 Yanvar 2022
Anna Başta

Sablya üzrə milli komandamızın lideri Anna Başta Dünya Kubokunda qızıl medal qazanıb.

Kanal.Az xəbər verir ki, bu gün Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında qadınların şəxsi mübarizəsində qaliblər müəyyənləşib.

Reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta ilk görüşündə Rusiya təmsilçisi Anastasiya Şorokovanı (15:9), ardınca alman Julika Funkeni (15:11) mübarizədən kənarlaşdırıb. Başta ən güclü "8-liy"ə yüksəlmək uğrunda keçirilən görüşdə Tokio olimpiadasında məğlub etdiyi amerikalı Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbəyə sevinib.

Sablyaçımız yarımfinala yüksəlmək üçün yapon Misaki Emuraya 15:11 hesabı ilə qalib gəlib. Yarımfinalda italyan Rossella Qreqorionu yenən (15:13) 26 yaşlı qılıncoynadanımız finalda fransalı Mannon Bruneti 15:10 hesabı ilə üstələyərək yarışın qalibi olub.

Oxşar xəbərlər