DÜNYA

Qazi imkansızlıqdan avtomobilini satdı – İcra başçısının addımı hamını duyğulandırdı – FOTO

Türkiyədə qazi Əhməd Gür maddi çətinliklər səbəbilə böyük sevgi ilə bağlı olduğu avtomobilini satmaq məcburiyyətində qalıb.

Kanal.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu vəziyyəti öyrənən qazinin yaşadığı Adananın Feke rayonunun icra başçısı (kaymakam) Feyza Yılmaz hamını duyğulandıran nümunəvi bir addım atıb.

Avtomobilin kimə satıldığını müəyyənləşdirən məmur onu yeni sahibindən satın alaraq qazi Əhməd Gürə qaytarıb.

Həyatının ən unudulmaz və duyğulu anlarından birini yaşayan Ə.Gür İcra Hakimiyyətinin qarşısında mərhum sənətçi Fərdi Tayfurun “Hatıran yeter” mahnısını səsləndirərək sevincini və hisslərini ifadə edib.

Bu anlar izləyən hər kəsi duyğulandırıb.

Qeyd edək ki, Ə.Gür terrorçularla mübarizədə ağır xəsarət alıb. Terrorçuların kustar üsulla hazırladığı partlayıcının işə düşməsi nəticəsində o, hər iki gözünü itirib.

Oxşar xəbərlər

“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı – Xəstələrə iynə vuraraq…

kanal_az

Bir vaxtlar Azərbaycanda məşhur aparıcı idi, indi ABŞ-də görün hansı işlə məşğuldur – VİDEO

kanal_az

“Zita və Gita” 50 il sonra – Tanınmaz haldalar – FOTO

kanal_az

Vəfat edən anasından qalan xalçadan çıxanlar şok etdi – Görün nə etdilər – FOTO/VİDEO

kanal_az

Acun Azərbaycan əsilli imiş: Hansı rayondan olduğunu… – Özü açıqladı

kanal_az

“Qiyamət günü” ilə bağlı şok açıqlama – Tarix açıqlandı

kanal_az