ŞOU

Qazi anasından Pünhana təhdid: “Səni süründürərəm…” – VİDEO

Son günlər müğənni Pünhan Piriyev ətrafında yaranan qalmaqallar səngimək bilmir. İfaçı daha əvvəl səhnədə baş verən insident və sosial şəbəkələrdəki mübahisələrlə gündəmə gəlmişdi və bu müzakirələr hələ də davam edir.

Kanal.az yenisabah.az-a istinadən xəbər verir ki, bu dəfə mübahisəyə yeni iddialar əlavə olunub. Özünü qazi anası kimi təqdim edən bir xanım sosial şəbəkədə video yayaraq müğənnini ittiham edib. Onun sözlərinə görə, Pünhan Piriyev yazdığı şərhlə ona qarşı hörmətsizlik edib:

“Bu video sənin üçün gəlsin. Sən mənə yazmısan ki, “Səyim-sərəyim əksik idi…”  Mən səy-sərək deyiləm, qazi anasıyam. Sən isə həm anonim, həm şəxsiyyət olaraq, həm də davranışınla hörmətsizlik etmisən.

Sən Sumqayıta gəlmişdin, deyirsən orada mənə hörmətsizlik olundu. Amma ilk hörmətsizliyi sən etdin. Biz sizə hörmət etdikcə, siz bunu düzgün başa düşmürsünüz, əksinə “şişirdirsini”.  Bəzi müğənnilər də bu cür davranır.

Sumqayıta gəldin, mən səni öz oğlum bilib videoya çəkmişdim.

Mən qazi anasıyam, sən isə yazdığın rəyə görə qanun qarşısında cavab verə bilərsən. Səni həmin rəyə görə süründürərəm, hətta lazım olsa Azərbaycandan da köçürərəm, bunu qazi anası kimi deyirəm.

Sən orada ağzına gələni yazmısan. Sən pul alanda dəyişirsən, qudurursan!”

Xatırladaq ki, bir neçə gün əvvəl Sumqayıtda mağaza açılışına qatılan müğənnilər Nəfəs və Pünhan səhnədə çətin anlar yaşayıblar.  Onlar çıxış edərkən şəkil çəkdirmək istəyən tamaşaçılar ard-arda səhnəyə qalxıb.

Oxşar xəbərlər

Elton Rəşad Dağlıya görə görün hansı addımı atdı

kanal_az

Roza bu müğənni ilə sevgili imiş: “Təklif etdim ki, ər-arvad kimi…” – FOTO

kanal_az

Əməkdar artistin qızı hər kəsi kövrəltdi: “Vəsiyyət etmişəm məni atamın qəbrində…”

kanal_az

Pünhandan sərt sözlər: “Üzdəniraq, küçə qadını…” – VİDEO – FOTO

kanal_az

Qumrala tanınmış iş adamı 50 min manatlıq maşın hədiyyə edib – Özü açıqladı

kanal_az

Afaq illər sonra Dubayda üzə çıxdı: Görün nə işlə məşğuldur – VİDEO

kanal_az