Xankəndi

Qarabağ seperatçıları ermənilərə MÜRACİƏT ETDİ: Yaxın saatlarda...

Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti təsir zonasında olan ərazilər 11-ci gündür ki, qazsız qalıb.

Kanal.az-ın xəbərinə görə, separatçıların nümayəndəsi Artak Beqlaryan iddia edib ki, ötən gün qaz kəmərinin bərpası və sınaqdan keçirilməsi işləri nəhayət, başa çatdırılıb və artıq gecə saatlarında təbii qaz “Artsaxqaz” (?!) QSC-nin qəbul məntəqəsinə verilib.

“Yaxın bir neçə saat ərzində hamı təbii qaz alacaq”, separatçı Beqlaryan bildirib. “Hazırda abonentlərin yarıdan çoxunun qaz təchizatı bərpa olunub, yaxın saatlarda qalanlara da təbii qaz veriləcək”,- o deyib.

Hazırda Xankəndidə qar örtüyünün hündürlüyü 30-40 sm-ə çatır, digər yaşayış məntəqələrində isə daha çox qar yağıb. Beqlaryan həyasızcasına qaz kəmərindəki qəzaya və təmirin uzanmasına görə Azərbaycanı ittiham edib. //musavat.com