ŞOU

“Otelə ərimlə gedirəm” – Qumral

Müğənni Qumral hotellərdə istirahət etməyə cəmiyyətdə birmənalı yanaşılmamasına münasibət bildirib.

Kanal.az-ın məlumatına görə, sənətçi bu fikirdə olduğunu deyib ki, otelə getmək normal istirahət seçimlərindən biridir və bunun mənfi mənada qiymətləndirilməsi düzgün deyil.

Qumral qeyd edib ki, həyat yoldaşı ilə birlikdə istirahət məqsədilə hotellərə gedir və buna görə bəzən tənqid və təhqirlərlə qarşılaşır:

“İstirahət mərkəzlərində otelə getdiyim üçün qınayıb təhqir edirlər. Otelə ərimlə gedirəm. Otel əxlaqsızlıq yuvası deyil ki, eyib sayılsın. Gözəl istirahət məkanlarında səviyyəli otellər var. Ailəmlə dincəlirəm, otelə gedirəm, gedəcəyəm də”.

Müğənninin fikirləri sosial şəbəkələrdə geniş müzakirə olunub. İzləyicilərin bir qismi Qumralın mövqeyini dəstəkləsə də, bəzi istifadəçilər mövzu ilə bağlı fərqli düşüncələrini bölüşüblər. (milli.az)

Oxşar xəbərlər

Roza oxumağa getdiyi toyda bəyin kim olduğunu görəndə behi geri qaytarıb… – FOTO

kanal_az

“Ağıllı ol, əlimdə oteldə çəkilən videoların var” – Qalmaqal

kanal_az

“Banu”nun Güneli vəsiyyətini açıqladı – Kədərli paylaşım – VİDEO

kanal_az

Toyda Əməkdar artist ilə aparıcı Zaur arasında dava – Müğənnini sakitləşdirə bilmədilər – VİDEO

kanal_az

Azərbaycanlı məşhurların uşaqlıq fotoları – Görənlər təəccüblənir

kanal_az

Zeynəb Xanlarovadan aparıcı Zaura qadağa – “Bir də mənə…”

kanal_az