6209fe7327378_nura_suri (1)

Nura Suridən məktəbli formaları ilə bağlı etiraz: “Pulsuz olsun heç olmasa”

Qarşıma məktəbli geyimlərinin qiyməti ilə bağlı bir status çıxdı. Bir neçə övladı olan valideyn bu formanı necə alsın? Dövlət məktəbləri pulsuzdursa, forma da pulsuz olsun heç olmasa.

Kanal.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb. Sənətçi məktəb geyimlərinin bahalığından gileylənib:

"Məktəb ləvazimatları da baha, geyim də. Ümumiyyətlə, 300-500 azn maaş alan ailələr necə dolansın? Marketlərdə qiymətlər hər gün qalxır. Ərzaq baha, geyim baha, maaş az. Kommunaldan heç danışmıram. Pensiya ilə dolananlar nə yeyir, kommunalı necə ödəyir? Bir əlacı var bu problemin? Millət vəkillərinə ünvanlayıram bu sualı. Dostluğumda olanlar cavablandırsın heç olmasa…"