64db971d54a79202308231749

"Nikosayağı"nın həyat yoldaşından paylaşım: "Sən həmişə var ol" - FOTO

Xəbər verdiyimiz kimi,  bloger, sosial şəbəkələrdə "Nikosayağı" kimi tanınan Nicat Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə Heydər Əliyev prospektində Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb.
Kanal.az news24.az-a istinadən xəbər verir ki, nəticədə avtomobildə olan Nicat Şakirlinin dostu, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Sürücü Nicat Şakirli və Fəxri Rüstəmov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.
"Nikosayağı"nın həyat yoldaşıyla bağlı paylaşım edib. Paylaşımda "Sən həmişə var ol" sözlərini qeyd edib.
Həmin paylaşımı təqdim edirik: